Əli Əkbər Vilayəti: "İran ABŞ-la münasibətlərin inkişafına ehtiyac duymur"

Əli Əkbər Vilayəti: "İran ABŞ-la münasibətlərin inkişafına ehtiyac duymur" "ABŞ 37 il boyunca Tehrana zərər verib"
Region
7 Oktyabr , 2015 21:21
Əli Əkbər Vilayəti: İran ABŞ-la münasibətlərin inkişafına ehtiyac duymur

Bakı. 7 oktyabr. REPORT.AZ/ “İran – müstəqil və güclü dövlətdir. Belə olan halda ABŞ-la münasibətlərin inkişafına ehtiyac duymuruq”. “Report”un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran ali dini rəhbərinin Beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

Vilayətinin sözlərinə görə, ABŞ 37 il boyunca Tehrana zərər verib və bu müddət ərzində İrana qarşı atılan hər bir addımın arxasında Vaşinqton dayanıb.

Xatırladaq ki, İranın ali dini rəhbəri ayətullah Əli Xamenei rəsmi Tehrana və bütün İslam dünyasına qarşı “dağıdıcı siyasi kursa malik” ABŞ-la danışıqlar aparmağa qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi