Türkiyənin enerji və təbii ehtiyatlar naziri: "Elektrik enerjisi sistemimizə ABŞ-dan kiber hücum edilib"

Türkiyənin enerji və təbii ehtiyatlar naziri: "Elektrik enerjisi sistemimizə ABŞ-dan kiber hücum edilib" Berat Albayrak: "Bu baxımdan tədbirli olmalıyıq"
Region
6 Yanvar , 2017 13:08
Türkiyənin enerji və təbii ehtiyatlar naziri: Elektrik enerjisi sistemimizə ABŞ-dan kiber hücum edilib

Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyənin elektrik enerjisi sisteminə yanvarın 5-də əsasən ABŞ-dan kiber hücum edilib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.

“İstanbulun elektrik enerjisinə olan ehtiyacının böyük hissəsi Anadolunun hesabına təmin edilir. Tarixdə ilk dəfə Sakaryada 7 elektrik xətti qırılıb. Yüksək gərginlikli 38 elektrik dirəyi aşıb, 250-dən artıq dirəyin qülləsi qopub. Küləyin saatda 70 km-lə əsməsi təbii fəlakət baş verdiyini deməyə əsas verir. Bununla belə, külək ciddi hadisəyə də yol açıb.

Dünən əsasən ABŞ-dan kiber hücum həyata keçirilib. Bu baxımdan tədbirli olmalıyıq. Bununla belə, enerji və elektrik istehsalı baxımından elə bir risk yoxdur”, - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi