Türkiyədə 5 bal gücündə zəlzələ olub

Türkiyədə 5 bal gücündə zəlzələ olub Türkiyənin Elazığ bölgəsində 4,9 bal gücündə zəlzələ olub.
Region
27 Dekabr , 2019 12:20
Türkiyədə 5 bal gücündə zəlzələ olub

Türkiyənin Elazığ bölgəsində 4,9 bal gücündə zəlzələ olub.

“Report” “Huriyyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Föqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələ 7,02 metr dərinlikdə baş verib. Məlumata görə, təkanlar Qaziantep, Diyarbakır, Bingöl, Tunceli və Malatya əyalətlərində də hiss edilib.

Hadisə ilə əlaqədar Elazığda məktəblər bir günlüyə bağlanıb.

Türkiyənin Boğaziçi Universitetinin Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun açıqlamasında bildirilib ki, yeraltı təkanların mərkəzi Elazığ əyalətinin Sivirce rayonunun Topaluşağı kəndidir. Orada 5,1 bal gücündə zəlzələ olub.

Elazığ valiliyi itki və xəsarət alanın olmadığını bildirib. 

Son xəbərlər

Orphus sistemi