Ekspert: "Regionda dəmir yollarının fəaliyyətini bərpa etməsi mühüm əhəmiyyət daşıyır"

Ekspert: "Regionda dəmir yollarının fəaliyyətini bərpa etməsi mühüm əhəmiyyət daşıyır" Cənubi Qafqaz regionunda dəmir yollarının fəaliyyətinin bərpası istər İran, istərsə qonşu ölkələr üçün də mühüm əhəmiyyət daşıyır.
Region
28 Sentyabr , 2021 19:19
Ekspert: Regionda dəmir yollarının fəaliyyətini bərpa etməsi mühüm əhəmiyyət daşıyır
Əlirza Biqdeli

"Cənubi Qafqaz regionunda dəmir yollarının fəaliyyətinin bərpası istər İran, istərsə qonşu ölkələr üçün də mühüm əhəmiyyət daşıyır".

Bunu “Report”a İranın Türkiyədəki keçmiş səfiri, Valday klubu adlı beyin mərkəzinin eksperti Əlirza Biqdeli İran - Azərbaycan – Rusiya əməkdaşlığı barədə danışarkən deyib.

“Nəqliyyat yollarının açılması Azərbaycan, Türkiyə, İran xalqları arasında dostluğun daha da inkişaf etdirilməsinə, ictimai, mədəni, iqtisadi məsələlərin həllinə, turizmə töhfə olacaq”, – deyən ekspert dəmir yolunun açılması üçün mövcud maneələrin tezliklə aradan qaldırılmasına tərəfdar çıxıb: “1990-cı ilədək Azərbaycandan İrana Naxçıvandan keçməklə dəmir yolu xətti fəaliyyət göstərib. Bu da bizim üçün çox əhəmiyyətlidi. Birinci Qarabağ müharibəsi başlayandan sonra bu dəhliz Ermənistan tərəfindən bağlandı. Beləliklə, heç bir zaman münaqişə tərəfi olmamış İranın Azərbaycan, Ermənistan, Gürcüstanla, Ukrayna, Rusiya, Şimali Avropa ilə dəmir yolu bağlantısı kəsildi və indiyədək də açılmayıb. Bu məsələ ən qısa zamanda həll olunmalıdır”.

Diplomatın fikrincə, Qəzvin - Rəşt - Astara layihəsinin tamamlanması İran üçün böyük əhəmiyyət daşıyır və bu, İranın Azərbaycan və Rusiya ilə iqtisadi inteqrasiyasına təkan olacaq: “Bu yol açıldıqdan sonra biz artıq Türkiyəyə Qars - Gümrü - Naxçıvan - Meğri - Bakı dəmir yolu vasitəsilə ikinci dəhliz yarada bilərik. Bu da İranla Türkiyə arasında iqtisasi əlaqələrin daha da genişlənməsi baxımından çox böyük töhfə olar”.

Son xəbərlər

Orphus sistemi