Ekspert: “Gürcüstan radioaktiv maddələrin boşaldılıb yüklənmə məntəqəsinə çevrilə bilər”

Ekspert: “Gürcüstan radioaktiv maddələrin boşaldılıb yüklənmə məntəqəsinə çevrilə bilər” “Gürcüstanın radioaktiv maddələrin boşaldılıb yüklənmə məntəqəsinə çevrilməsi təhlükəsi mövcuddur”
Region
151
19 Aprel , 2021 14:09
Ekspert: “Gürcüstan radioaktiv maddələrin boşaldılıb yüklənmə məntəqəsinə çevrilə bilər”

“Gürcüstanın radioaktiv maddələrin boşaldılıb yüklənmə məntəqəsinə çevrilməsi təhlükəsi mövcuddur”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında politoloq Tengiz Txilava deyib.

Onun sözlərinə görə, son illərdə Gürcüstanda radioaktiv maddələrin qanunsuz satışı ilə bağlı bir neçə faktın qarşısı alınıb: “Təhlükəli maddələrin Ermənistanın Metsamor AES-ə məxsus olduğunu söyləmək mümkündür. Bu stansiya olduqca təhlükəlidir. Bu səbəbdən Avropa İttifaqı çoxdandır onun bağlanmasını tələb edir”.

T.Txilava sovet dövründə stansiyanın radioaktiv tullantılarının Rusiyaya aparıldığını bildirib: “İndi isə tullantılar stansiyanın yaxınlığında saxlanılır. Radioaktiv maddə və tullantıların saxlanıldığı anbarlara nəzarətin itirildiyini söyləmək olar”.

Tengiz Txilava
Tengiz Txilava

Ekspertin fikrincə, Gürcüstanın AES-in bağlanmasını tələb etməsi gözlənilən deyil: “Bu məsələ ölkənin qonşu Ermənistan ilə açıq münaqişəsidir. Metsamor AES Ermənistanın elektrik enerjisinə olan tələbatının təxminən 40 faizini təmin edir”.

Qeyd edək ki, aprelin 16-da Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları yüksək toksikli “Americium-241” izotoplu radioaktiv maddəni Kutaisi şəhərində 300 min avroya satmağa cəhd edən iki nəfəri saxlayıblar. Həmin maddə “çirkli bomba”ların hazırlanmasında istifadə olunur.

2019-cu ilin iyulunda Ermənistan vətəndaşı idarə etdiyi mikroavtobusla Gürcüstan vasitəsilə Rusiyaya radioaktiv maddə keçirməyə cəhd edib. Müsadirə edilən 71,63 kiloqramlıq 4 bağlamanın tərkibində “Torium 232” nüvə materiallının olduğu müəyyən edilib. Elə həmin il nüvə materialının qanunsuz əldə olunması və satışı faktı ilə bağlı iki Gürcüstan vətəndaşı da saxlanılıb.

Son xəbərlər

Orphus sistemi