Amiran Salukvadze: “Gürcüstan Azərbaycanla etimadı dərinləşdirir”

Amiran Salukvadze: “Gürcüstan Azərbaycanla etimadı dərinləşdirir” “Gürcüstanın regional proseslərdə və qonşuluq siyasətində rolu artır”.
Region
13 İyun , 2021 07:53
Amiran Salukvadze: “Gürcüstan Azərbaycanla etimadı dərinləşdirir”
Amiran Salukvadze

“Gürcüstanın regional proseslərdə və qonşuluq siyasətində rolu artır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın 15 ermənini Ermənistan tərəfinə təhvil verməsində Gürcüstanın iştirakını şərh edən hərbi-siyasi ekspert Amiran Salukvadze feysbuk hesabında yazıb.

Gürcü ekspertin sözlərinə görə, bu, yaxın qonşular və regiondakı xarici oyunçuların Gürcüstana etimadın möhkəmlənməkdə olduğunu təsdiqləyir.

A.Salukvadzenin fikrincə, Gürcüstanın prosesdəki rolu qonşuları – Azərbaycan və Ermənistanla etimadın dərinləşməsinə xidmət edir: “İrakli Qaribaşvilinin Bakı, Yerevan və Ankaraya səfərlərinin nəticəsi etimadın dərinləşdirilməsidir”.

Ekspert Gürcüstanın fəal xarici siyasətini alqışlayıb: “Bu, regional kontekstdə müsbət hadisədir və belə addımlar bölgədə sülh, etimad və mehriban qonşuluq münasibətlərinin qurulmasına şərait yaradacaq. Azərbaycan tərəfi İrakli Qaribaşviliyə danışıqlarda oynadığı rola görə artıq minnətdarlıq bildirib”.

Son xəbərlər

Orphus sistemi