“Ermənistanda etirazçılar sülh prosesini pozmağa çalışır və öz ölkələrinin, eləcə də, regiondakı digər ölkələrin maraqlarına zidd hərəkət edirlər”.
Bunu "Report"a açıqlamasında amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman deyib.
"Ermənistandakı etirazların əsas qüvvəsi revanşist kütlədir. Onların ritorikası erməni lobbiçilərinin və ABŞ-dakı havadarlarının sosial şəbəkələrdə paylaşdıqları ilə çox oxşardır", - o bildirib.
İ.Zukerman vurğulayıb ki, bu, müəyyən məsələlərdə təsir gücü əldə etmək üçün bir vasitədir: “Bu, ABŞ-dakı tərəfdarlardan ianə istəmək üçün növbəti hədə-qorxudurmu? Yoxsa xarici siyasəti dəyişmək və zorakılığa qayıtmaq üçün başqa cəhdlər var? İstənilən halda, məqsədlərinə çatmayacaqları göz qabağındadır".