Ekspert: “Bəzi ölkələr Azərbaycan və Türkiyənin strateji standartlarına qarşı çıxa bilərlər”

Ekspert: “Bəzi ölkələr Azərbaycan və Türkiyənin strateji standartlarına qarşı çıxa bilərlər” "Təbii ki, bəzi ölkələr Azərbaycan və Türkiyənin tətbiq etdiyi yeni strateji standartlarına qarşı çıxa bilərlər. Bu da geosiyasətin həm sahəvi, həm də nəzəri qanunlarından sayılır.
Region
6 May , 2022 08:31
Ekspert: “Bəzi ölkələr Azərbaycan və Türkiyənin strateji standartlarına qarşı çıxa bilərlər”

"Təbii ki, bəzi ölkələr Azərbaycan və Türkiyənin tətbiq etdiyi yeni strateji standartlarına qarşı çıxa bilərlər. Bu da geosiyasətin həm sahəvi, həm də nəzəri qanunlarından sayılır.

Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Türkiyənin hərbi eksperti Abdullah Ağar bildirib.

“Ancaq, bizim əməkdaşlığımız və bu istiqamətdəki fəaliyyətimiz də məhz bu kimi meyillərin və hərəkətlərin qarşısını alacaq gücdə inkişaf etməlidir", - hərbi ekspert deyib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyə ilə birlikdə regionda yaratdığı yeni reallıqlar və əlaqələr, bir çox qonşu dövlətlərin, yürütdükləri siyasətə rəğmən inkişaf etdirilməlidir.

Abdullah Ağar qeyd edib ki, xüsusilə ikinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə region ölkələri arasında əlaqələrə yeni tarazlıq gətirib:

"Tarixə də baxdıqda görə bilərik ki, türk dövlətlərinin bölgədə hərbi uğurlar qazanması, uzun dövr idi ki, müşahidə olunmurdu. Bu Zəfərlə Azərbaycanın Cənubi Qafqaz, Avrasiya və Xəzəryanı bölgədə siyasi, hərbi və stratejik mövqeyi daha da gücləndi. Sözsüz, belə üstünlüklər, öz ardınca iqtisadi sahədə də daha böyük uğurlar gətirəcək".

Ekspert qonşu dövlətlərin yaranmış yeni vəziyyətlə əlaqədar yürütdükləri siyasəti, geosiyasətin parçası hesab etdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi