Əfqanıstanda "Taliban"ın daha 303 silahlısı məhv edilib

Əfqanıstanda "Taliban"ın daha 303 silahlısı məhv edilib Əfqanıstanın Silahlı Qüvvələri Gilmend əyalətinin Leşgərgah şəhərinin “Taliban” qruplaşmasından təmizlənməsi üçün əməliyyata başlayıb.
Region
5 Avqust , 2021 11:48
Əfqanıstanda Talibanın daha 303 silahlısı məhv edilib

Əfqanıstanın Silahlı Qüvvələri Gilmend əyalətinin Leşgərgah şəhərinin “Taliban” qruplaşmasından təmizlənməsi üçün əməliyyata başlayıb.

“Report” “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Son sutka ərzində hərbçilərlə “Taliban” arasında gedən döyüşlər nəticəsində qruplaşmanın 303 silahlı zərərsizləşdirilib, 125-i yaralanıb.

Bildirilib ki, “Taliban” silahlıları Nanqarhar, Laqman, Qəznə, Paktikə, Qəndəhar, Zabul, Herat, Cauzcan, Samanqan,Fəraib, Sarı-e- Poli, Gilmənd, Nimroz,Kunduz, Baqlan və Kapis əyalətlərində gedən döyüşlərdə məhv ediliblər.

Son xəbərlər

Orphus sistemi