​Ebru Gündəşin zorla məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb

​Ebru Gündəşin zorla məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb Müğənni və həyat yoldaşı 2 ildən 5 ilədək azalıqdan məhrum edilə bilərlər
Region
24 İyun , 2016 17:17
​Ebru Gündəşin zorla məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb

Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyə məhkəməsi tanınmış müğənni Ebru Gündeşin zorla məhkəməyə gətirilməsi haqqında qərar qəbul edib. 

"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, E.Gündeşin vəkili bildirib ki, müğənninin sağlıq durumu məhkəmədə iştirak etməyə imkan vermir. Vəkil bununla bağlı məhkəməyə sənəd təqdim edib. Ancaq məhkəmə sənədi qəbul etməyərək, müğənninin prosesə zorla gətirilməsi haqqında qərar qəbul edib. 

Xatırladaq ki, E.Gündeş və hazırda ABŞ-da həbsdə olan həyat yoldaşı Rıza Zərrab qanunsuz olaraq, malikanə ələ keçirməkdə ittiham olunurlar. Onlar yaşadıqları binanın xaricindən lift quraşdırıblar. Bununla da ölkənin "Mədədniyyət və təbiəti qoruma haqqında" qanununu pozublar. Onlar 2 ildən 5 ilədək azalıqdan məhrum edilə bilərlər. 

Məhkəmənin qərarına əsasən, ABŞ-da Rıza Zərrabdan da bununla bağlı ifadəsi alınacaq.

Son xəbərlər

Orphus sistemi