Dünyanın 20-dən çox ölkəsinin 150-dən artıq şəhəri Rusiyanın 160-dan artıq şəhəri ilə qardaşlıq münasibətini kəsib.
“Report” xəbər verir ki, məlumatı Ukrayna Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, daha on ölkə Rusiya ilə bu istiqamətdə münasibəti kəsməyə hazırlaşır.
ABŞ, Avstraliya, Avstriya, Almaniya, Böyük Britaniya, Danimarka, Estoniya, İspaniya, İtaliya, Yunanıstan, Kanada, Latviya, Litva, Norveç, Peru, Polşa, Portuqaliya, Sloveniya, Finlandiya, Çexiya, İsveç, Niderlandın şəhərləri bu addımı atıb.
Bundan başqa, bir müddət əvvəl Baltik Şəhərləri İttifaqı Rusiyanın Sankt-Peterburq və Qatçin şəhərlərinin təşkilatın tərkibindən çıxarıblar. Onların yerinə Ukraynanın Vivnyansk şəhəri assosiativ üzv kimi qəbul edilib.