Dövlət Komitəsinin sədri Gürcüstanda səfərdədir

Dövlət Komitəsinin sədri Gürcüstanda səfərdədir Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gürcüstanda səfərdədir.
Region
12 İyun , 2024 12:30
Dövlət Komitəsinin sədri Gürcüstanda səfərdədir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

"Report"un yerli bürosu xəbər verir ki, iyunun 12-də nümayəndə heyəti Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsini ziyarət edib. Ulu Öndərin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Nümayəndə heyətinin üzvləri həmçinin, Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə önünə əklil qoyublar.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyətinin bir sıra rəsmi şəxslərlə, habelə Gürcüstanda yaşayan soydaşlarımızla görüşləri nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi