Rusiya Dövlət Dumasının plenar iclasında deputat Valentina Tereşkovanın konstitusiyaya prezidentlik müddəti haqqında dəyişikliklə bağlı təklifi qəbul edilib.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Valentina Tereşkovanın təklifinə əsasən, dövlət başçısı vəzifəsini daşımış və ya daşıyan şəxs dəyişiklik qüvvəyə minən andan prezident seçkisində namizəd ola bilər. Bu zaman əvvəlki prezidentlik müddəti nəzərə alınmayacaq.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu təklifi bəyənməsə də, məsələnin Konstitusiya Məhkəməsində razılaşdırılmasının vacibliyini vurğulamışdı.