Ukraynanın Donetsk vilayətinin Rusiyanın işğalında olan hissəsində hərbçiləri daşıyan avtomobillə mikroavtobusun toqquşması nəticəsində 16 nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Hadisə Donetskin Şaxtyor rayonunda qeydə alınıb.
Bildirilib ki, hərbçiləri daşıyan yük maşını Şaxtersk-Torez magistralında mikroavtobusla toqquşub. Qəza nəticəsində 16 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.