Donald Tusk Gürcüstana səfər edib

Donald Tusk Gürcüstana səfər edib Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tuskun Gürcüstana səfəri başlayıb.
Region
10 İyul , 2019 19:48
Donald Tusk Gürcüstana səfər edib

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tuskun Gürcüstana səfəri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, Batumi beynəlxalq hava limanında D.Tusku Gürcüstanın xarici işlər naziri David Zalkaliani və Acarıstan Muxtar Respublikasının hökumət başçısı Tornike Rijvadze qarşılayıb.

D.Tusk iyulun 11-12-də Batumidə keçiriləcək Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi