Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığının yanvarın 28-də olması planlaşdırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, “NBC” telekanalının Ağ evdəki müxbiri Helli Cekson ABŞ-ın Prezident Administrasiyasındakı mənbəyə istinadən ötən gün "Twitter" mikrobloqunda yazıb ki, iki prezident arasında tezliklə telefon danışığı olacaq.