Donald Tramp və Tereza Mey İranın nüvə silahı tədarükünə maneə yollarını müzakirə ediblər

Donald Tramp və Tereza Mey İranın nüvə silahı tədarükünə maneə yollarını müzakirə ediblər ABŞ prezidenti ilə Böyük Britaniyanın baş naziri arasında telefon danışığı baş tutub
Region
11 Oktyabr , 2017 09:57
Donald Tramp və Tereza Mey İranın nüvə silahı tədarükünə maneə yollarını müzakirə ediblər
Reuters

Bakı. 11 oktyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp ilə Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, D.Tramp ilə T.Mey İranın nüvə silahı tədarükünə maneə yollarını müzakirə ediblər.

Qeyd olunub ki, Donald Tramp İran rejimini törətdiyi hərəkətlərə, o cümlədən terrorizmi dəstəklədiyinə görə məsuliyyətə cəlb etməkdə birgə iş aparmağın vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi