Donald Tramp iyulda Türkiyəyə səfər edəcək

Donald Tramp iyulda Türkiyəyə səfər edəcək ABŞ Prezidenti Donald Tramp iyul ayında Türkiyəyə səfər edəcək.
Region
1 May , 2019 15:30
Donald Tramp iyulda Türkiyəyə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp iyul ayında Türkiyəyə səfər edəcək.

“Report” xəbər verir ki, bunu “Sabah” qəzeti yazıb.

Bu, D.Trampın ABŞ Prezidenti kimi Türkiyəyə ilk səfəri olacaq.

Səfərlə bağlı əlavə məlumat verilməyib. 

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır.

Aprelin 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla D.Tramp arasında telefon danışığı olub.

***

Türkiyənin Prezident Administrasiyasından isə bildirilib ki, D.Trampın Ankaraya səfəri ilə bağlı iyul ayı da daxil olmaqla bir neçə tarix nəzərdən keçirilir.

Son xəbərlər

Orphus sistemi