Donald Tramp: "ABŞ-ın mənasız müharibələrdən çıxmasının vaxtı çatıb"

Donald Tramp: "ABŞ-ın mənasız müharibələrdən çıxmasının vaxtı çatıb" ABŞ-ın mənasız, axmaq, sonu olmayan müharibələrdən çıxmasının vaxtı gəlib.
Region
7 Oktyabr , 2019 15:54
Donald Tramp: ABŞ-ın mənasız müharibələrdən çıxmasının vaxtı çatıb

"ABŞ-ın mənasız, axmaq, sonu olmayan müharibələrdən çıxmasının vaxtı gəlib".

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

“Vəzifə səlahiyyətlərimin icrasına başlayanda İŞİD bölgədə təsiredici gücə malik idi. Biz onları 100 faiz məğlub etdik. Qoy indi İŞİD-lə Türkiyə, Suriya, İran, Rusiya və kürdlər maraqlansın”, - deyə ABŞ prezidentinin ölkə hərbçilərinin Türkiyə ilə sərhəd bölgəsindən çəkilməsi ilə bağlı açıqlamasında bildirib.

Qeyd edək ki, D.Tramp ABŞ hərbçilərinin Suriya-Türkiyə sərhədindən çıxması barədə verdiyi əmr icra edilir.

Son xəbərlər

Orphus sistemi