​Doktor Mənsur Akgün: "Azərbaycana görə kimsə normallaşmanı güclə gerçəkləşdirmək istəmir"

​Doktor Mənsur Akgün: "Azərbaycana görə kimsə normallaşmanı güclə gerçəkləşdirmək istəmir" "Türkiyə-Ermənistan arasında normallaşma ilə bağlı bir möcüzə gözlənilmir"
Region
19 Fevral , 2015 14:56
​Doktor Mənsur Akgün: Azərbaycana görə kimsə normallaşmanı güclə gerçəkləşdirmək istəmir

Bakı.19 fevral. REPORT.AZ/ "Protokollar ölmüşdü, o, indi basdırıldı". "Report" "Deutsche Welle Türkçe"yə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarqsyanın Türkiyə-Erəminstan arasında imzalanan "normallaşma protokolu"nu geri götürməsi qərarına Türkiyə Bahçeşəhr Universitetinin professoru, doktor Çingiz Aktar münasibət bildirərkən deyib.

İstanbul Mədəniyyət Universitetinin professoru, doktor Mənsur Akgün "Deutsche Welle Türkçe" isə məsələ ilə bağlı açıqlamasında Azərbaycan-Türkiyə münasibətlərindən də danışıb. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistanın yaxınlaşması dünyanın aparıcı dövlətləri üçün aktual deyil.

"Azərbaycanla Türkiyə arasında münasibətlərdə emosionallıqdan çox böyük maliyyə və ticarət əlaqələri var. Bu sahələrdə münasibətlər gündən-günə inkişaf edir. Ermənistanla ticarət əlaqələri Türkiyə üçün sərfəli deyil. Türkiyə üçün Azərbaycan təbii qaz və neft mənbələrinə sərmayə qoymaq baxımdan da önəmlidir", - o vuruğulayıb.

M.Akgünün sözlərinə görə, Avropa ölkələri ilə Azərbaycan arasında güclü ticarət əlaqələri möcuddur: "Odur ki, 1915-ci ilin "100 illiyi"ndə Ermənistanla Türkiyə arasında yaxınlaşmanın olmaması heç kimi narahat etmir. İndiki şəraitdə bütün cəhdlər dayandırılmış kimi görünür. Kimsə Azərbaycana görə normallaşmanı güclə gerçəkləşdirmək istəmir".

M.Akgün bildirb ki, Azərbaycanla ticarət əlaqələri təyinedicidir.

O deyib ki, yaxın zamanda Türkiyə-Ermənistan arasında normallaşma ilə bağlı bir möcüzə gözlənilmir.

Son xəbərlər

Orphus sistemi