Dohada Əminə Cabbarla Çavuşoğlu arasında görüş keçirilib

Dohada Əminə Cabbarla Çavuşoğlu arasında görüş keçirilib Qətərin paytaxtında keçirilən “Doha Forumu”nda Ukraynanın xarici işlər nazirinin müavini Əminə Cabbar arasında görüş olub
Region
26 Mart , 2022 13:47
Dohada Əminə Cabbarla Çavuşoğlu arasında görüş keçirilib

Qətərin paytaxtında keçirilən “Doha Forumu”nda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ukraynanın xarici işlər nazirinin müavini Əminə Cabbar arasında görüş olub.

“Report” xəbər verir ki, bu barədə ukraynalı siyasətçi tviterdə yazıb.

“Türkiyəyə Ukrayna ilə sarsılmaz həmrəyliyinə, Rusiya təcavüzünə son qoyulması istiqamətində əməli siyasi və humanitar dəstəyə, həmçinin Ukraynanın təhlükəsizliyinin təminatçılarından biri olmaq məsələsini nəzərdən keçirməyə hazır olduğuna görə təşəkkür etdim”, - Ə.Cabbar vurğulayıb.

Qeyd edək ki, Ukrayna XİN başçısı Dmitro Kulebanın birinci müavini olan Əminə Cabbar bu qurumda Krım türklərinin ilk nümayəndəsidir.

Son xəbərlər

Orphus sistemi