Bakı. 18 yanvar. REPORT.AZ/ “Rusiya prezidenti yalanı və qeyri-peşəkar insanları sevmir”.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Nailə Əsgərzadənin “Rossiya1” telekanalındakı müəllif verilişində bildirib.
“Yalan və qeyri-peşəkarlıq Rusiya pezidentinin sevmədiyi cəhətlərdir”, - o deyib.