Dmitri Peskov: "Kreml Çeçenistanla İnquşetiya arasında sərhəd üzrə Konstitusiya Məhkəməsinin qərarını gözləyəcək"

Dmitri Peskov: "Kreml Çeçenistanla İnquşetiya arasında sərhəd üzrə Konstitusiya Məhkəməsinin qərarını gözləyəcək" Bakı. 27 noyabr. REPORT.AZ/ Kreml Çeçenistan ilə İnquşetiya arasında sərhəd qurulması barədə sazişin qiymətləndirilməsində Konstitusiya Məhkəməsinin qərarına əsaslanacaq.
Region
27 Noyabr , 2018 15:04
Dmitri Peskov: Kreml Çeçenistanla İnquşetiya arasında sərhəd üzrə Konstitusiya Məhkəməsinin qərarını gözləyəcək
0 : 00
0 : 00

Bakı. 27 noyabr. REPORT.AZ/ "Kreml Çeçenistan ilə İnquşetiya arasında sərhəd qurulması barədə sazişin qiymətləndirilməsində Konstitusiya Məhkəməsinin qərarına əsaslanacaq".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"İş ondadır ki, bu məsələyə bu gün Konstitusiya Məhkəməsində baxılır, ona görə də hansısa qiymət vermək tamamilə mümkünsüz və yanlış olardı. Gəlin, işin yekununu gözləyək", - D.Peskov deyib.

Qeyd edək ki, bu gün Rusiya Konstitusiya Məhkəməsi İnquşetiya ilə Çeçenistan arasında sərhəd qurulmasına dair razılaşmanın Konstitusiyaya uyğunluğu məsələsini, eləcə də bu müqaviləni təsdiq edən qanunu nəzərdən keçirəcək.

Xatırladaq ki, sentyabrın 26-da İnquşetiya başçısı Yunus-Bek Yevkurov və Çeçenistanın rəhbəri Ramzan Kadırov ərazilərin tam bərabər bölgüsünü nəzərdə tutan iki region arasında sərhəd qurulması barədə saziş imzalayıb. Çeçenistan və İnquşetiya parlamentləri bu sazişi artıq təsdiqləyiblər. İnquşetiyanın Konstitusiya Məhkəməsindən bildirilib ki, saziş yalnız referendum yolu ilə təsdiq oluna bilər.

Son xəbərlər

Orphus sistemi