Bakı. 8 may. REPORT.AZ/ Rusiya Duması Dmitri Medvedevi ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, onun lehinə 374 deputat (83,1%), əleyhinə isə 56 deputat səs verib.
D.Medvedevin hökumət başçısı olması üçün 226 səs lazım olub.