Devlet Bahçeli: "MHP-nin prezidentliyə namizədi Ərdoğandır və onun qələbəsi üçün çalışacaq"

Devlet Bahçeli: "MHP-nin prezidentliyə namizədi Ərdoğandır və onun qələbəsi üçün çalışacaq" Bakı. 21 aprel. REPORT.AZ/ Bu il iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində namizədimiz Rəcəb Tayyib Ərdoğandır.
Region
21 Aprel , 2018 16:45
Devlet Bahçeli: MHP-nin prezidentliyə namizədi Ərdoğandır və onun qələbəsi üçün çalışacaq

Bakı. 21 aprel. REPORT.AZ/ "Bu il iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində namizədimiz Rəcəb Tayyib Ərdoğandır". 

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, MHP-nin seçki strategiyası iki əsasa dayanır: "Birincisi, güclü parlamentin formalaşdırılması, ikincisi isə prezident seçkisinin eyni vaxtda baş tutmasıdır. Bu gün MHP-dən prezidentliyə namizədliyini irəli sürən yoxdur. Çünki yeganə namizədimiz Rəcəb Tayyib Ərdoğandır və onun qələbəsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Digər tərəfdən də MHP olaraq Türkiyə Böyük Millət Məclisində təmsil olunmağa çalışacağıq". 

Son xəbərlər

Orphus sistemi