Bakı. 13 yanvar. REPORT.AZ/ Dərbənddə "Adilveys" bazarında yanğın olub. "Report" "Kafkaz-uzel"ə istinadən xəbər verir ki, qısa müddət ərzində bazarın 34 pavilionu yanıb.
Artıq yanğın söndürülüb.
Dükan sahibləri milyonlarla rubl ziyana düşdüklərini deyiblər.
Məlumata görə, bu, həmin bazarda baş verən ilk hadisə deyil. 2013-cü il sentyabrın 13-də bazarın 2 min kvadrat metr sahəsi və xəz anbarı yanıb.
Bu bazar Dərbəndin ən iri ticarət mərkəzi sayılır.