Deputat: “Ermənistanda səhiyyə, sosial xidmət və təhsilə büdcədən ayrılan vəsait azaldılacaq”

Deputat: “Ermənistanda səhiyyə, sosial xidmət və təhsilə büdcədən ayrılan vəsait azaldılacaq” Nikol Paşinyan: “Ermənistan əhalisinin yaşayış şəraiti gələn il 10 faizdən çox pisləşəcək”
Region
15 Noyabr , 2017 15:05
Deputat: “Ermənistanda səhiyyə, sosial xidmət və təhsilə büdcədən ayrılan vəsait azaldılacaq”

Bakı. 15 noyabr. REPORT.AZ/ “Ermənistan əhalisinin yaşayış şəraiti 2018-ci ildə 2017-ci illə müqayisədə 10 faizdən çox pisləşəcək”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentindəki “Çıxış” blokunun sədri, deputat Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, 2018-ci il üçün nəzərdə tutulan dövlət büdcəsində təqaüd, müavinət və minimum əmək haqqı artırılmayacaq: “Əvəzində səhiyyə sahəsinə ayrılan xərclər 5 milyard dram (yüz milyon dollara yaxın), sosial xidmətə 300 milyon dram, təhsilə ayrılan xərclər isə 700 milyon dram (1 dollar 488,03 dramdır) ixtisar ediləcək. Ölkənin xarici borcları artıb, qiymətlər bahalaşıb. Bütün bunlar isə Ermənistan əhalisinin həyat şəraitinin gələn il daha 10 faiz ağırlaşacağını deməyə əsas verir”. 

Son xəbərlər

Orphus sistemi