Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı Rusiyanın “Su-27” təyyarəsi Qara dənizə düşüb.
Region
26 Mart , 2020 09:57
Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı
0 : 00
0 : 00

Rusiyanın “Su-27” təyyarəsi Qara dənizə düşüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi təyyarə dənizdə plan üzrə uçuş edərkən qəzaya uğrayıb.

Məlumata görə, pilotların axtarışı davam edir. 

Qara dənizdə qəzaya uğrayan “Su-27” döyüşçü təyyarəsi ilə bağlı axtarışda 6 gəmi iştirak edir. Bildirilib ki, axtarış çətin hava şəraitində keçirilir. Məlumata görə, dənizdə dalğa bir metr, havanın və suyun temperaturu 9 dərəcə, küləyin sürəti isə 9 m/san-dir. 

Qeyd edək ki, Rusiyanın “Su-27” təyyarəsi yüksək manevr qabilyyəti olan, çoxməqsədili qırıcıdır. O, uzaq və yaxın məsafədə hava döyüşləri aparmaq, ərazisi üzərindəki təyyarləri və pilotsuz uçan aparatı tutmaq, məhv etmək, habelə sahil xəttindən 300-400 kilometr məsafədə donanma qüvvələrinin hərəkətlərini təmin etmək üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi