“Gürcüstan dəmir yolları”: Dəmiryolçuların əməkhaqlarının 50% artırılması reallığa uyğun deyil

“Gürcüstan dəmir yolları”: Dəmiryolçuların əməkhaqlarının 50% artırılması reallığa uyğun deyil “Gürcüstan dəmir yolları” SC işçilərinin planlaşdırdıqları kütləvi tətillə bağlı xüsusi bəyanat yayıb.
Region
5 Avqust , 2019 00:05
“Gürcüstan dəmir yolları”: Dəmiryolçuların əməkhaqlarının 50% artırılması reallığa uyğun deyil

Gürcüstan dəmir yolları” SC işçilərinin planlaşdırdıqları kütləvi tətillə bağlı xüsusi bəyanat yayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, idarə dəmiryolçuların əməkhaqlarının 50% artırılması ilə bağlı tələb və müzakirələrin reallığa uyğun olmadığını bildirib.

Bəyanatda vurğulanıb ki, 4 800 dəmir yolu işçisinin tətilə hazırlaşması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

İdarə hazırkı mərhələdə tətil üçün heç bir zəminin olmadığını bildirib. SC 2020-ci ilin martın 1-dən “Gürcüstan dəmir yolları”nda çalışan və əməkhaqqısı 1 500 laridən çox olmayan bütün əməkdaşlarının maaşlarının 10% artırılacağını xatırladıb. Bundan başqa, dəmiryolçuların hamısı ildə iki dəfə olmaqla pul mükafatı alacaqlar.

Qeyd edək ki, Gürcüstanın Dəmir Yolu Həmkarlar İttifaqı dəmiryolçuların tətilə hazırlaşması ilə bağlı məlumat yayıb. Məlumata əsasən, əsas tələb dəmir yolu işçilərinin əməkhaqlarının 50% artırılmasıdır.

Son xəbərlər

Orphus sistemi