Davudoğlu: "Rusiyanın qadağaları ilə bağlı ən mənfi ssenariyə hazırıq"

Davudoğlu: "Rusiyanın qadağaları ilə bağlı ən mənfi ssenariyə hazırıq" Türkiyənin Baş naziri Əhməd Davudoğlu yerli telekanallara müsahibə verib
Region
1 Dekabr , 2015 22:26
Davudoğlu: Rusiyanın qadağaları ilə bağlı ən mənfi ssenariyə hazırıq

Bakı. 1 dekabr. REPORT.AZ/ "Türkiyə Rusiya Federasiyası tərəfindən tətbiq olunan qadağalarla bağlı ən mənfi ssenariyə hazırdır. Ancaq, hesab edirəm ki, vəziyyət bu həddə çatmamalıdır".

"Report"un "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu yerli telekanallara müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə hökuməti yaxın vaxtlarda Moskvanın qadağa siyasətinin təsirini azaltmaq üçün xüsusi tədbirlər planı açıqlayacaq.

"Hər iki ölkə mənfi nəticələrlə üzləşəcək. Odur ki, ən doğru yol - danışıqlar prosesidir", - deyə Davudoğlu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi