Daşnaksütyun Partiyasının deputatı Paşinyana səs verməyəcəyini açıqlayıb

Daşnaksütyun Partiyasının deputatı Paşinyana səs verməyəcəyini açıqlayıb Bakı. 1 may. REPORT.AZ/ Daşnaksütyun Partiyasından olan deputat Aqvan Vardanyan baş nazir postuna müxalifətin namizədi Nikol Paşinyana səs verməyəcəyini bildirib.
Region
1 May , 2018 20:37
Daşnaksütyun Partiyasının deputatı Paşinyana səs verməyəcəyini açıqlayıb

Bakı. 1 may. REPORT.AZ/ Daşnaksütyun Partiyasından olan deputat Aqvan Vardanyan baş nazir postuna müxalifətin namizədi Nikol Paşinyana səs verməyəcəyini bildirib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Mən Nikol Paşinyanın fədakarlığı və qətiyyətini yüksək qiymətləndirirəm, onun arzularının dürüstlüyünə inanıram, ancaq şəxsi yanaşmalara üstünlük vermirəm. Paşinyan üçün səs verə bilmərəm", - jurnalistlərə müsahibəsində A.Vardanyan deyib.

Onun sözlərinə görə, təmsil olunduğu Partiya müxalifətçi namizədi dəstəklədiyi üçün o, millət vəkili mandatını atmağa hazırdır.

Son xəbərlər

Orphus sistemi