Daşkənd aeroportu qatı duman səbəbindən bağlanıb

Daşkənd aeroportu qatı duman səbəbindən bağlanıb Hava limanı ərazisində görmə məsafəsi minimuma enib
Region
7 Yanvar , 2018 00:25
Daşkənd aeroportu qatı duman səbəbindən bağlanıb

Bakı. 7 yanvar. REPORT.AZ/ "Özbəkistan Hava Yolları" milli aviaşirkəti Daşkənd hava limanının qatı duman səbəbindən öz işini dayandırdığını bəyan edib.

“Report” xəbər verir ki, bu barədə aviaşirkətin bəyanatında deyilir.

"Ozbekiston Havo Yollari" milli aviaşirkəti xəbər verir ki, Daşkənd aeroportu əlverişsiz hava şəraiti səbəbindən hava gəmilərinin qəbulu üçün bağlıdır. Hava limanı ərazisində qatı duman var, görmə məsafəsi minimuma enib. Beynəlxalq qaydalara əsasən, hava gəmilərinin bu şəraitdə enişi qadağandır", - deyə bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi