Danimarkada şagirdlər FETÖ-yə bağlı məktəblərdən çıxır

Danimarkada şagirdlər FETÖ-yə bağlı məktəblərdən çıxır Ən çox şagird itkisinə 7 ibtidai məktəb, 4 lisey və 3 birillik internat məktəbi məruz qalıb
Region
20 Avqust , 2016 13:17
Danimarkada şagirdlər FETÖ-yə bağlı məktəblərdən çıxır

Bakı. 20 avqust. REPORT.AZ/ Danimarkada Fətullahçı terror təşkilatına (FETÖ) bağlı təhsil müəssisələrində oxuyan şagirdlərin 40 faizi məkəbləri tərk ediblər.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ən çox şagird itkisinə FETÖ-yə bağlı 7 ibtidai məktəb, 4 lisey və 3 birillik internat məktəbi məruz qalıb.

Məlumata görə, məktəbli və tələbə sayının azalması təşkilata böyük maliyyə zərbəsi vuracaq.

Danimarkanın "TV2" telekanalı həmin məktəblər və oradan çıxan şagirdlərin adları, sayı haqda məlumat yayıb: "Phoenix Okul" 2 şagird, "Falster Okul" 2, "Vesterborg Okul" 3, "Özel Osterbro Okul" 4, "Uluslararası Osterbro Okul" 6, "Özel Hoje Taastrup Gymnasium" 10, "Özel Kopenhag Gymnasium" 15, "Özel Nilen Okul" 20, "Salix Okul" 30, "Özel Slagelse Okul" 30, "Özel Hillerod Okul" 41, "Özel Ballerup Okul" 62, "HAY Okul" 70, "Özel Hoje Taastrup Okul" 71.

Son xəbərlər

Orphus sistemi