Daha 5 PKK-çı Türkiyə ordusuna təslim oldu

Daha 5 PKK-çı Türkiyə ordusuna təslim oldu Türkiyənin Şirnak əyalətində PKK terror qruplaşmasının daha 5 silahlısı ölkənin təhlükəsizlik orqanlarının əməkdaşlarına təslim olub.
Region
17 Avqust , 2020 00:15
Daha 5 PKK-çı Türkiyə ordusuna təslim oldu

Türkiyənin Şirnak əyalətində PKK terror qruplaşmasının daha 5 silahlısı ölkənin təhlükəsizlik orqanlarının əməkdaşlarına təslim olub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, terrorçular silahı yerə qoyublar.

Nazirlikdən bildirilib ki, bununla da ilin əvvəlindən silahı yerə qoyaraq könüllü təslim olan PKK terrorçularının sayı 136-ya çatıb.

Qeyd edək ki, PKK terror təşkilatı 1984-cü ildən Türkiyədə qanlı terror aktları həyata keçirir, ölkədə qeyri-sabitlik yaratmağa çalışır.

Son xəbərlər

Orphus sistemi