Dağıstanın müvəqqəti rəhbəri Rusiya-Azərbaycan sərhədindəki vəziyyəti həll etməyi tapşırıb

Dağıstanın müvəqqəti rəhbəri Rusiya-Azərbaycan sərhədindəki vəziyyəti həll etməyi tapşırıb Bir gömrük işçisi işdən uzaqlaşdırılıb
Region
7 Noyabr , 2017 10:47
Dağıstanın müvəqqəti rəhbəri Rusiya-Azərbaycan sərhədindəki vəziyyəti həll etməyi tapşırıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədindəki "Yaraq-Qazmalar" sərhəd-buraxılış məntəqəsində yaranmış vəziyyəti araşdırmaq, avtomobillərinin gecikməsində günahkarları müəyyən etmək və Azərbaycanla sərhəddə nəqliyyat vasitələrinin standart keçidini təmin etmək ilə bağlı təlimat verib.

"Report" RİA "Dərbənd"ə istinadən xəbər verir ki, adıçəkilən sərhəd-buraxılış məntəqəsində yük avtomobillərin sürücüləri fitosanitar və gömrük xidmətlərinin qanunsuz pul toplanması və nəticədə sərhəddə avtomobillərdən ibarət bir neçə kilometrlik növbə yaranması ilə bağlı etiraz aksiyası keçirirlər.

Gömrük işçiləri sürücülərdən yığılan vəsaitlərin tam qanunauyğun şəkildə olduğunu bildirir, amma yük avtomobillərinin sürücüləri ödəniş qarşılığında heç bir çek və ya qəbz verilmədiyini bildirirlər.

Vəziyyəti aydınlaşdırmaq üçün "Yaraq-Qazmalar" sərhəd-keçid məntəqəsinə Moskvadan komissiya göndərilib.

Dağıstan Gömrük Xidmətinin rəis müavini Hacımurad Şamxalov dağıstanlı sürücüləri təhqir edən əməkdaşın artıq işdən azad olunduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi