Dağıstanın baş naziri vəzifəsinə namizəd təsdiqlənib

Dağıstanın baş naziri vəzifəsinə namizəd təsdiqlənib Bakı. 7 fevral. REPORT.AZ/ Dağıstan parlamenti Artyom Zdunovun baş nazirlik postuna namizədliyini təsdiqləyib.
Region
7 Fevral , 2018 16:16
Dağıstanın baş naziri vəzifəsinə namizəd təsdiqlənib
Artyom Zdunov

Bakı. 7 fevral. REPORT.AZ/ Dağıstan parlamenti Artyom Zdunovun baş nazirlik postuna namizədliyini təsdiqləyib.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu parlamentin təmsilçisi bildirib.

“Fevralın 6-da Dağıstan başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Vasiliyev Artyom Zdunovun baş nazir postuna namizədliyini parlamentə təqdim edib. Deputatlar bu məsələyə baxaraq onun Dağıstan hökumətinin sədri vəzifəsinə namizədliyini bəyəniblər”, - parlamentin təmsilçisi bildirib.

Artyom Zdunov bundan əvvəl Tatarıstan Respublikası iqtisadiyyat naziri işləyib. Dağıstanın keçmiş baş naziri Abdusamad Qamidov dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək həbs edilib. 

Son xəbərlər

Orphus sistemi