Bakı. 6 sentyabr. REPORT.AZ/ Dağıstanda yük maşınının gəlin aparan avtomobil karvanına çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları bildirib.
Məlumata görə, avtomoblin əyləci tutmayıb: "Sürücü 4 avtomobili vurub".