Dağıstanda yol-patrul xidmətinin əməkdaşlarına hücum zamanı 3 nəfər öldürülüb

Dağıstanda yol-patrul xidmətinin əməkdaşlarına hücum zamanı 3 nəfər öldürülüb Bakı. 21 iyul. REPORT.AZ/ Dağıstanda yol-patrul xidmətinə hücum zamanı 3 polis öldürülüb.
Region
21 İyul , 2018 01:23
Dağıstanda yol-patrul xidmətinin əməkdaşlarına hücum zamanı 3 nəfər öldürülüb

Bakı. 21 iyul. REPORT.AZ/ Dağıstanda yol-patrul xidmətinə hücum zamanı 3 polis öldürülüb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, faktı Dağıstanın Daxili İşlər Nazirliyindən təsdiqləyiblər. 

Qeyd edək ki, hadisə Stalsk-Kizlyurt yolunda baş verib. Qara rəngli "LADA Priora" avtomobilindən yol-patrul xidmətinin əməkdaşlarına atəş açan cinayətkarlar 2 nəfəri öldürüb, daha 1 nəfəri isə yaralayıblar. Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hücum edən cinayətkarların sayı məlum deyil. Onlar ərazidən avtomobillə uzaqlaşıblar. Cinayətkarların axtarışı ilə bağlı xüsusi əməliyyat keçirilir.   

Son xəbərlər

Orphus sistemi