Dağıstanda yeməkxana yanıb, 1 uşaq ölüb, 2-si isə ağır xəsarət alıb

Dağıstanda yeməkxana yanıb, 1 uşaq ölüb, 2-si isə ağır xəsarət alıb Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiyanın Dağıstan Muxtar Respublikasında yeməkxanada baş verən yanğın nəticəsində bir uşaq ölüb, ikisi isə ağır yanıq xəsarəti alıb.
Region
9 Yanvar , 2018 15:49
Dağıstanda yeməkxana yanıb, 1 uşaq ölüb, 2-si isə ağır xəsarət alıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiyanın Dağıstan Muxtar Respublikasında yeməkxanada baş verən yanğın nəticəsində bir uşaq ölüb, ikisi isə ağır yanıq xəsarəti alıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, məlumatı Muxtar Respublikanın Səhiyyə Nazirliyi yayıb.

Hadisə Sulebkənd kəndi ərazisində yolun kənarında yerləşən yeməkxanada baş verib. Məlumata görə, xəsarət alan 5 və 10 yaşında olan uşaqlar Mahaçqalada Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin bədəninin 50 faizi, digəri isə tamamilə yanıb.

Yanğın 80 kv. metr sahəni əhatə edib. 

Son xəbərlər

Orphus sistemi