Bakı. 9 mart. REPORT.AZ/ Rusiya Federasiyası Dağıstan Respublikasının Tlyarta kəndində baş verən qar uçqunu nəticəsində 51 yaşayış məntəqəsi ilə əlaqə kəsilib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikası Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
“Martın 9-da Tlyarta kəndindən 6 km aralı qar uçqununun baş verdiyinə dair məlumat daxil oldu. 51 yaşayış məntəqəsi ilə əlaqə kəsilib”, - məlumatda bildirilib.
Uçqun nəticəsində xəsarət alan olmayıb. Yaşayış məntəqələrində bərpa işləri martın 10-da görüləcək.