Dağıstanda polis patruluna hücum edilib

Dağıstanda polis patruluna hücum edilib Atışma nəticəsində bir polis əməkdaşı həlak olub, hücum edənlərdən ikisi məhv edilib
Region
28 avqust 2017 11:29
Dağıstanda polis patruluna hücum edilib

Bakı. 28 avqust. REPORT.AZ/ Dağıstanın Kaspiysk şəhərində polis patruluna silahlı hücum olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə atışma nəticəsində bir polis əməkdaşının həlak olduğunu, hücum edənlərdən ikisinin məhv edildiyini bildirib.

İlkin məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti maşına yanacaq doldurarkən naməlum şəxslər onlara bıçaqla hücum ediblər.

Son xəbərlər

Orphus sistemi