Dağıstanda xüsusi əməliyyat zamanı yeddi silahlı məhv edilib - YENİLƏNİB

Dağıstanda xüsusi əməliyyat zamanı yeddi silahlı məhv edilib - YENİLƏNİB Xüsusi təyinatlılardan biri ölüb, digəri yaralanıb
Region
7 İyul , 2016 16:33
Dağıstanda xüsusi əməliyyat zamanı yeddi silahlı məhv edilib - YENİLƏNİB

Bakı. 7 iyul. REPORT.AZ/ Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı 7 silahlı məhv edilib. Əməliyyat zamanı xüsusi təyinatlılardan biri ölüb, digəri yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, məhv edilmiş silahlıların sayı daha çox ola bilər, amma bunu əraziyə tam baxış keçirdikdən sonra demək mümkün olacaq.

***16:09

Dağıstanın Antiterror Əməliyyatı rejiminin qüvvədə olduğu Qarabudaqkənd bölgəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində iki silahlı məhv edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, əməliyyat zamanı xüsusi təyinatlılardan bir əsgər yaralanıb, 6 silahlı hələ də atəş açmağa davam edir.

Agentliyin məlumatına görə, əməliyyat-axtarış tədbirləri çərçivəsində hüquq mühafizə orqanları silahlıların yay "dayanacağ"ını aşkarlayıb və ərazi mühasirəyə alınıb.

Son xəbərlər

Orphus sistemi