Dağıstanda iki silahlı məhv edilib

Dağıstanda iki silahlı məhv edilib Atışma zamanı hüquq-mühafizə orqanlarının da bir əməkdaşı həlak olub
Region
30 Dekabr , 2016 01:17
Dağıstanda iki silahlı məhv edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Dağıstanda güc strukturları ilə silahlı şəxslər arasında atışma baş verib.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi respublikanın güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Xasavyurtda baş verib. Silahlı insident zamanı 2 quldur öldürülüb.

Mənbənin sözlərinə görə, atışma zamanı hüquq-mühafizə orqanlarının da bir əməkdaşı həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi