Dağıstan hökuməti sədrinin müşavirinin meyiti tapılıb

Dağıstan hökuməti sədrinin müşavirinin meyiti tapılıb Andrey Afonin bu gün Mahaçqaladakı "Primorskaya" mehmanxanasının nömrəsində ölü vəziyyətdə tapılıb
Region
21 Dekabr , 2018 15:14
Dağıstan hökuməti sədrinin müşavirinin meyiti tapılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiyanın Dağıstan Respublikası hökumətinin sədri Artyom Zdunovun müşaviri Andrey Afonin bu gün Mahaçqala şəhərindəki "Primorskaya" mehmanxanasının nömrəsində ölü vəziyyətdə tapılıb.

"Report" xəbər verir ki, bu barədə məlumatlı mənbəyinə istinadən "İnterfaks" bildirib.

Mənbənin bildirdiyinə görə, hazırda mehmanxana personalı və mühafizəsi dindirilir, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

Agentlik hələ bu məlumatın rəsmi təsdiqini almayıb.

Öz növbəsində, "Arqumentı i faktı" nəşri müşavirin ürək tutmasından öldüyünü xəbər verib.

Son xəbərlər

Orphus sistemi