Dağıstanda baş nazir vəzifəsini icra edən Abdusamad Həmidovun evindən xeyli sayda silah aşkarlanıb - VİDEO

Dağıstanda baş nazir vəzifəsini icra edən Abdusamad Həmidovun evindən xeyli sayda silah aşkarlanıb - VİDEO Bakı. 5 fevral. REPORT.AZ/ Dağıstan Respublikasının baş naziri vəzifəsini müvəqqəti icra edən Abdusamad Həmidovun evində həyata keçirilən axtarışlar zamanı TT markalı qızıl tapança, Beretta markalı tapançalar, Makarov tipli tapança və iki Kalaşnikov avtomatı, eləcə də döyüş sursatları aşkar edilərək müsadirə olunub.
Region
5 Fevral , 2018 15:58
Dağıstanda baş nazir vəzifəsini icra edən Abdusamad Həmidovun evindən xeyli sayda silah aşkarlanıb - VİDEO

Bakı. 5 fevral. REPORT.AZ/ Dağıstan Respublikasının baş naziri vəzifəsini müvəqqəti icra edən Abdusamad Həmidovun evində həyata keçirilən axtarışlar zamanı "TT" markalı qızıl tapança, "Beretta" markalı tapançalar, "Makarov" tipli tapança və iki Kalaşnikov avtomatı, eləcə də döyüş sursatları aşkar edilərək müsadirə olunub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Onun sözlərinə görə, Dağıstanda saxlanılan məmurlar sosial proqramların reallaşdırılması üçün büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi işi üzrə şübhəli bilinənlərdən.

"Yaxın zamanda bütün saxlanılan şəxslərə qarşı ittiham irəli sürüləcək və məhəkəmə qarşısında onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə vəsatət qaldırılacaq", - qurum rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi