Dağıstanda 4,2 bal gücündə zəlzələ baş verib

Dağıstanda 4,2 bal gücündə zəlzələ baş verib Təkanlar Novıy Sulak qəsəbəsində qeydə alınıb
Region
23 Dekabr , 2016 08:43
Dağıstanda 4,2 bal gücündə zəlzələ baş verib

Bakı. 23 dekabr. REPORT.AZ/ Rusiyanın Azərbaycanla sərhəddə yerləşən Dağıstan Respublikasında 4,2 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilir.

Seysmoloqların məlumatına görə, yeraltı təkanlar dekabrın 22-si Bakı vaxtı ilə 20.31-də Novıy Sulak qəsəbəsinin 5 km-də qeydə alınıb.

Təkanların episentri yerin 10 km. dərinliyində yerləşib.

Son xəbərlər

Orphus sistemi