Dağıstan rəhbəri yerli sakinləri başqa regionlara səfərlərdən çəkinməyə çağırıb

Dağıstan rəhbəri yerli sakinləri başqa regionlara səfərlərdən çəkinməyə çağırıb “Dağıstanda vəziyyət sabitdir, bütün təhlükəsizlik xidmətləri saat mexanizmi kimi işləyir”.
Region
24 iyun 2023 07:42
Dağıstan rəhbəri yerli sakinləri başqa regionlara səfərlərdən çəkinməyə çağırıb

“Dağıstanda vəziyyət sabitdir, bütün təhlükəsizlik xidmətləri saat mexanizmi kimi işləyir”.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Dağıstan rəhbəri Sergey Məlikov bildirib.

"Həmkarlarımızla daim əlaqə saxlayırıq. Hələlik əlavə tədbirlərə ehtiyac yoxdur, lakin hazır vəziyyətdəyik və lazım gələrsə, dərhal kömək göstərəcəyik. Hələlik isə antiterror əməliyyatı rejimi elan olunmuş regionlara səfər etməkdən çəkinməyə çağırıram”, - o, teleqram kanalında yazıb.

Məlikov həmçinin dağıstanlıları yalnız etibarlı və rəsmi mənbələrin məlumatlarına etibar etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi