“Dağıstan” raketdaşıyan gəmisi Xəzər dənizində araşdırma aparacaq

“Dağıstan” raketdaşıyan gəmisi Xəzər dənizində araşdırma aparacaq Bu gəmidən Suriya ərazisində terrorçu İŞİD qruplaşmasının mövqelərinə zərbə endirilib
Region
13 Mart , 2018 12:27
“Dağıstan” raketdaşıyan gəmisi Xəzər dənizində araşdırma aparacaq

Bakı. 13 mart. REPORT.AZ/ Rusiyanın “Dağıstan” raketdaşıyan gəmisi Xəzər dənizində araşdırma aparacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.

"Dağstan” gəmisində donanmanın mütəxəssisləri döyüş hazırlıqlarının elementlərini idarə etmək üçün Xəzər dənizi rayonunda nəqliyyat-hidroqrafik araşdırma aparacaq”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, “Dağıstan” raketdaşıyan gəmisi 2003-cü ildə Xəzər Dəniz Donanmasına verilib. Bu gəmi 2015-ci ilin oktyabr və noyabr aylarında “Kalibr NK” raket vasitəsilə Suriya ərazisində terrorçu İŞİD qruplaşmasının mövqelərinə zərbə endirib. 

Son xəbərlər

Orphus sistemi