Con Kerri: "ABŞ Gürcüstanın NATO-ya üzv olmaq səylərini dəstəkləyir"

Con Kerri: "ABŞ Gürcüstanın NATO-ya üzv olmaq səylərini dəstəkləyir" Bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib
Region
24 May , 2015 14:28
Con Kerri: ABŞ Gürcüstanın NATO-ya üzv olmaq səylərini dəstəkləyir

Bakı. 24 May. REPORT.AZ/ "ABŞ Gürcüstanın Avropa Birliyi ilə assosiasiya sazişini gerçəkləşdirmək və NATO üzv olmaq yolunda səylərini dəstəkləyir".

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

O, gürcü xalqını 26 May - Müstəqillik günü münasibətilə təbrik edib.

Kerri ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə qəbul edilən sərhədlərini tanıyaraq dəstəklədiyini də deyib.

Son xəbərlər

Orphus sistemi