Çinə casusluq edən Rusiya vətəndaşına hökm oxunub

Çinə casusluq edən Rusiya vətəndaşına hökm oxunub Rusiyanın Zabaykal diyar Məhkəməsi Çinin xüsusi xidmət orqanlarına məxfi məlumatlar ötürməkdə təqsirləndirilən Vladimir Vasilyevi 8 il müddətinə azadlıqdan məhrum edib
Region
134
25 Fevral , 2021 10:28
Çinə casusluq edən Rusiya vətəndaşına hökm oxunub

Rusiyanın Zabaykal diyar Məhkəməsi Çinin xüsusi xidmət orqanlarına məxfi məlumatlar ötürməkdə təqsirləndirilən Vladimir Vasilyevi 8 il müddətinə azadlıqdan məhrum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, dövlət sirri sayılan məlumatları toplayaraq xarici kəşfiyyat orqanlarına ötürüb.

Rusiya vətəndaşı olan V.Vasilyev Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə mühakimə olunub.

Məlumata görə, hökm artıq qüvvəyə minib.

Qeyd edək ki, 52 yaşlı V.Vasilyev 2019-cu ildə saxlanılıb. Bir müddət sonra bir sıra istintaq hərəkəti üçün Moskvaya etap olunub. O, törətdiyi əməli etiraf edib.

Son xəbərlər

Orphus sistemi